"Neftçi"nin sabiq baş məşqçisi Ronaldunun karyerasını başa vurmamasının səbəbini açıqlayıb

"Neftçi"nin sabiq baş məşqçisi Ronaldunun karyerasını başa vurmamasının səbəbini açıqlayıb Ötən mövsüm Səudiyyə Ərəbistanında Kriştianu Ronaldunun qonağı olan "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu 39 yaşlı hücumçunun yaxın gələcəkdə karyerasını başa vurmamasının səbəbini açıqlayıb.
Futbol
8 İyul , 2024 10:58
Neftçinin sabiq baş məşqçisi Ronaldunun karyerasını başa vurmamasının səbəbini açıqlayıb

Ötən mövsüm Səudiyyə Ərəbistanında Kriştianu Ronaldunun qonağı olan "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu 39 yaşlı hücumçunun karyerasını başa vurmamasının səbəbini açıqlayıb.

"Report" "iAM SPORT" nəşrinə istinadən xəbər verir ki, Mutu təcrübəli forvardın oğlu ilə rəsmi matçda oynamağı planlaşdırdığını bildirib.

"Bu, onun əsl motivasiyasıdır. O, oğlu Ronaldu ilə rəsmi görüşdə meydana çıxmaq istəyir. Bu səbəbdən təslim olmur. "Əl-Nəsr"də bunu etmək olar. Məsələn, "Real"da bunu gerçəkləşdirmək daha çətin olardı. Ancaq mövsümün yarısını birlikdə oynamaq mənə qeyri-mümkün görünmür", - deyə Mutu vurğulayıb.

Qeyd edək ki, Adrian Mutu ötən il "Neftçi"də işləyib. Ronaldunun böyük oğlunun 14 yaşı var və o, "Əl-Nəsr"in yeniyetmələrdən ibarət komandasında çıxış edir.

Son xəbərlər

Orphus sistemi