Püşkatma: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri azaldı

Püşkatma: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri azaldı Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi”nin I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3-ə enib.
Futbol
757
9 Avqust , 2020 23:50
Püşkatma: Neftçi, Keşlə və Sumqayıtın potensial rəqibləri azaldı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi” və "Keşlə"nin I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3-ə enib.

"Report"un məlumatına görə, bunlar Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) klublarıdır. Paytaxt təmsilçiləri səpələnmişlər səbətində yer aldıqları üçün nisbətən aşağı reytinqli komandalarla üz-üzə gələcəklər. 

Səpələnməmişlər səbətindəki "Sumqayıt" isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından biri ilə qarşılaşacaq. 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. 

Orphus sistemi