"Neftçi"nin legioneri Qvineyanı hərbi çevrilişə görə tərk edə bilmir

"Neftçi"nin legioneri Qvineyanı hərbi çevrilişə görə tərk edə bilmir "Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.
Futbol
6 Sentyabr , 2021 10:54
Neftçinin legioneri Qvineyanı hərbi çevrilişə görə tərk edə bilmir
Mamadu Kane

"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir.

"Report" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hazırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsindədir.

Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələyə münasibət bildirib: "Qvineyadakı çevrilişdən sonra Mamadu Kanenin qayıdıb-qayıtmayacağı və necə qayıdacağı ilə bağlı məlumatımız yoxdur. Nəsə olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan oyunçu icarə əsasında "ağ-qaralar"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi