“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxa bilər
Futbol
- 14 mart, 2024
- 09:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”lə keçiriləcək oyunu buraxa bilər.
“Report” xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Kəpəz”lə XXVI turun matçında (3:3) zədələnən kapitanın qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək.
Bərpa və müalicə prosesini davam etdirən qapıçı Emil Balayev, müdafiəçi Azər Əliyev və yarımmüdafiəçi Ataa Caber isə qəsəbə təmsilçisi ilə matçda məşqçilər korpusunun sərəncamında olmayacaqlar.
Qeyd edək ki, martın 15-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 19:00-da başlayacaq.
Son xəbərlər
12:07
Azərbaycan şahmatçısı Read Səmədov U-20 dünya çempionatında bürünc medal qazanıb
Fərdi
12:06
Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək
Region
12:05
Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq
Biznes
11:59
Palata sədri: "Əmək pensiyaları üzrə xərclərin artımı indeksləşmədən qaynaqlanır"
Maliyyə
11:57
Dəmir yolu islahatları DSMF-nin sosial sığorta gəlirlərinə təsir edib
Maliyyə
11:56
Foto
Laçında Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilib
Sosial müdafiə
11:55
Foto
Azərbaycan mediasının Vətən müharibəsi dövründəki fəaliyyəti müzakirə olunub
Media
11:55
Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
Biznes
11:53
Vüqar Gülməmmədov: "Sığorta prinsiplərinə əsaslanmayan xərclər DSMF-nin vəsaitləri hesabına maliyyələşdirilir"
Maliyyə