"Neftçi"nin kapitanı: "Daha yaxşı oynamalıyıq"

"Neftçi"nin kapitanı: "Daha yaxşı oynamalıyıq" "Şükür Allaha, mərhələni keçdik, amma Avropa Liqasında uğurlu çıxış etmək üçün daha yaxşı oynamalı, meydana daha çox nəzarət etməliyik".
Futbol
28 Avqust , 2020 00:36
Neftçinin kapitanı: Daha yaxşı oynamalıyıq

"Şükür Allaha, mərhələni keçdik, amma Avropa Liqasında uğurlu çıxış etmək üçün daha yaxşı oynamalı, meydana daha çox nəzarət etməliyik".

"Report"un məlumatına görə, bunu "Neftçi”nin kapitanı Emin Mahmudov Şimali Makedoniyanın "Şkupi” komandası üzərində qazandıqları 2:1 hesablı qələbəni klubun rəsmi saytı üçün dəyərləndirərkən deyib.

Təcrübəli yarımmüdafiəçi matçın çox çətin alındığını bildirib: "Rəqib çox qapandığından, hücum etməkdə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq. İlk hissənin sonlarında yersiz top itirməyə başladıq. Baş məşqçimiz mərkəzdən daha az oynamağımızı tapşırdı deyə, sonuncu dəqiqəni saymasaq, ikinci hissədə rəqib əks-hücum yarada bilmədi”.

Qeyd edək ki, Emin Mahmudov komandasının ikinci qolunun məhsuldar ötürməsinin müəllifi olub.  

Son xəbərlər

Orphus sistemi