"Qalatasaray"ın yetirməsi: "Neftçi"də xoşbəxtəm, Avropada oynamaq istəyirəm"

"Qalatasaray"ın yetirməsi: "Neftçi"də xoşbəxtəm, Avropada oynamaq istəyirəm" "Baş məşqçimiz Samir Abasov komanda üçün doğru qərarlar verir"
Futbol
140
12 Mart , 2021 13:34
Qalatasarayın yetirməsi: Neftçidə xoşbəxtəm, Avropada oynamaq istəyirəm
Mert Çelik

"Baş məşqçimiz Samir Abasov komanda üçün doğru qərarlar verir. Mən hər zaman oynamağa hazıram və məşqlərimə davam edirəm".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mert Çelik deyib.

Ardıcıl 3 tur oynamamasına münasibət bildirən 21 yaşlı müdafiəçi komanda yoldaşı Mamadu Mboc cəzalı durumda olduğu üçün XX turda "Səbail"ə qarşı meydanda olma ehtimalına da toxunub: "Şans veriləcəyi təqdirdə, ən yaxşı şəkildə komandaya töhfə verəcəyəm. Heyətlə bağlı qərarı Samir Abasov verəcək. "Səbail"ə qarşı oynasam, bacardığım hər şeyi meydanda qoyacağam".

Çelik "Neftçi"nin çempionluq şanslarından da danışıb: "Bütün oyunlarda qələbə qazansaq, çempion olacağıq. Biz bunun fərqindəyik. Çempionluq üçün çox çalışırıq. Bu mövsüm başlıca hədəfimiz mövsümü lider kimi başa vurmaqdır".

Türkiyənin "Qalatasaray" klubunun yetirməsi olan müdafiəçi "Neftçi"də xoşbəxt olduğunu söyləyib. O, yenidən "Türkiyəyə qayıtmaq istəyərsinizmi" sualına isə belə cavab verib: "Özümü burada yaxşı tərəfdən sübut etdikdən sonra Türkiyədə yox, Avropada oynamaq istəyirəm".

Qeyd edək ki, martın 14-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 17:15-də başlayacaq. Mert Çelik 2020-ci ilin sentyabrında "Başakşehir"dən "Neftçi"yə iki illik icarəyə verilib.

Son xəbərlər

Orphus sistemi