“Neftçi”nin futbolçuları Haiti millisinə dəvət alıblar

Futbol
  • 01 oktyabr, 2019
  • 11:07
“Neftçi”nin futbolçuları Haiti millisinə dəvət alıblar

“Neftçi”nin futbolçuları - Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar. 

"Report" xəbər verir ki, onlar iki görüşdə yığmaya kömək edə bilərlər.

Haiti oktyabrın 10-u Kosta Rika ilə KONKAKAF Milli Liqası matçına, 15-i isə Boliviya ilə yoldaşlıq oyununa çıxacaq.