"Neftçi"nin baş məşqçisi: "Bizim üçün üzücü gündür"

"Neftçi"nin baş məşqçisi: "Bizim üçün üzücü gündür" Bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz var idi. Xüsusən hesab 2:2 olduqdan sonra qol buraxmağımız çox pis oldu. Çox sayda təhlükəli epizodlar yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.
Futbol
27 Aprel , 2019 21:54
Neftçinin baş məşqçisi: Bizim üçün üzücü gündür

"Bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz var idi. Xüsusən hesab 2:2 olduqdan sonra qol buraxmağımız çox pis oldu. Çox sayda təhlükəli epizodlar yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XXVI turunda evdə "Sumqayıt"a 2:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandasını rəqibin necə, hansı heyətlə oynayacağını bilmədən hazırlayıb: "Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratdı. Bu, ilk dəqiqələrdən görünürdü. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik".

Bordin çempionat ərzində "Qarabağ"la aralarındakı xal fərqində irəlidə olmalarına baxmayaraq, bu göstəricini saxlaya bilmədiklərini deyib: "Lazımsız xallar itirdik. Futbolda mümkünsüz heç nə yoxdur. Qarşıdakı matçları gözləməliyik".

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov isə oyunun çətin keçəcəyini bildiklərini vurğulayıb: "Neftçi" çempionluğa oynayan komandadır. Ancaq bizim durum da bəllidir. Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Çalışdıq ki, heyətdə balans yaradaq. Futbolçularımız "alışıb yanırdılar". Xüsusən də gənclər. Fəxr edirəm ki, belə futbolçularım var".

Son xəbərlər

Orphus sistemi