"Neftçi"nin baş məşqçisi: "Bizi ağır oyunlar gözləyir"

"Neftçi"nin baş məşqçisi: "Bizi ağır oyunlar gözləyir" "Onun tezliklə komandaya qoşulacağına ümid edirəm"
Futbol
1 Aprel , 2023 22:03
Neftçinin baş məşqçisi: Bizi ağır oyunlar gözləyir
Laurentsiu Regekampf

"Qarşıda bizi ağır oyunlar gözləyir".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçi Laurentsiu Regekampf "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçında sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bu gün pis oynamadıqlarını bildirib: "Milli komandaların futbolçuları bizimlə deyildilər. İki mərkəz yarımmüdafiəçimiz də zədəlidir. Görüşdə yaxşı qol epizodlarımız oldu. Bitirmə zonasında daha konsentrasiyalı olmalı və daha çox qollar vurmalıyıq. Epizodları dəyərləndirə bilməyəndə rəqibdən qollar gələ bilər. Bütün oyunçularımızı bərpa etməliyik".

Rumıniyalı baş məşqçi Eddi İsrafilovun durumu haqqında danışıb: "Eddi mövsümün son qarşılaşmalarında, həmçinin, kubokda bizə köməklik göstərəcək. Özü də buna çox inanır. Yayda kiçik əməliyyat da keçirə bilər. Onun tezliklə komandaya qoşulacağına ümid edirəm".

Son xəbərlər

Orphus sistemi