"Neftçi"nin akademiyasında əcnəbi mütəxəssis işləyəcək

Futbol
  • 08 iyun, 2022
  • 16:00
Neftçinin akademiyasında əcnəbi mütəxəssis işləyəcək

"Neftçi" klubunun akademiyasına əcnəbi texniki direktor təyinat alacaq.

"Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında bildirib.

Allahverdiyev Müşahidə Şurasının qərarına əsasən, ayın sonunadək təyinatın gerçəkləşəcəyini söyləyib. Klub rəsmisi akademiyanın tikintisinin yeni mövsümün sonunadək başa çatacağını vurğulayıb.

44 filmi