​​​​​​​“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb

​​​​​​​“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb “Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb.
Futbol
21 iyun 2023 10:03
​​​​​​​“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb
Laurentsiu Regekampf

“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyun keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.

Qeyd edək ki, türkiyəli Sergen Yalçının "Neftçi"nin yeni baş məşqçisi olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi