"Neftçi" PFL-ə müraciət etdi

"Neftçi" PFL-ə müraciət etdi "Neftçi" klubu Keysuke Hondanın forma nömrəsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib
Futbol
16 Mart , 2021 11:31
Neftçi PFL-ə müraciət etdi

"Neftçi" klubu Keysuke Hondanın forma nömrəsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Bu barədə "Report"a PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O bildirib ki, paytaxt təmsilçisi 35 yaşlı yarımmüdafiəçini təqdim etməmişdən əvvəl qurumla əlaqə saxlayıb: "Klub bizə rəsmi müraciət etmişdi ki, braziliyalı futbolçusu Rener Alvesin 4 nömrəli forması Hondaya verilsin. Alvesə isə 49 nömrəli forma təqdim edilib. Bununla bağlı əsasnamədə bənd var ki, mövsümün gedişində klublar müraciət edəcəkləri təqdirdə, PFL futbolçuların nömrələrini dəyişdirə bilər. Premyer Liqada forma nömrələrinin kortəbii dəyişdirilməsi qadağandır. Rəsmi müraciətdən sonra PFL məsələni müsbət cavablandırıb".

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.

Son xəbərlər

Orphus sistemi