“Neftçi” ilə yoxlama görüşü üçün “Spartak”ın heyəti açıqlanıb

“Neftçi” ilə yoxlama görüşü üçün “Spartak”ın heyəti açıqlanıb Rusiyanın “Spartak” klubunun “Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gətirəcəyi heyət açıqlanıb.
Futbol
22 Mart , 2024 17:09
“Neftçi” ilə yoxlama görüşü üçün “Spartak”ın heyəti açıqlanıb

Rusiyanın “Spartak” klubunun “Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gətirəcəyi heyət açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Qilyermo Abaskal heyətə 18 futbolçu cəlb edib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 1-i isə hücumçudur. Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina Bakıya gəlməyəcəklər.

Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov

Müdafiəçilər: Daniil Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomaş Tavareş, Nikita Çernov, Dmitri İvanikov

Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov

Hücumçu: Aleksandr Sobolev

Qeyd edək ki, martın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi