"Neftçi" hücumçusu ilə müqaviləni yenilədi

"Neftçi" hücumçusu ilə müqaviləni yenilədi “Neftçi” futbolçusu Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.
Futbol
8 İyun , 2021 15:33
Neftçi hücumçusu ilə müqaviləni yenilədi
Mirabdulla Abbasov

“Neftçi” futbolçusu Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 26 yaşlı hücumçu daha 2 il – 2023-cü il mayın 31-dək flaqmanın formasını geyinəcək.

Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi