"Neftçi" fransalı yarımmüdafiəçi ilə vidalaşıb
Futbol
- 29 dekabr, 2021
- 14:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" futbolçusu Romen Baskla yollarını ayırıb.
"Report"un məlumatına görə, fransalı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, karyerasını ölkəsində davam etdirəcək. 26 yaşlı oyunçu Liqa 3-də çıxış edən "Şatoru" klubu ilə anlaşıb. Bu gündən yeni komandasında məşqlərə qoşulan futbolçu ilə yanvarın 1-də - Fransada qış transfer pəncərəsi açıldıqdan sonra müqavilə imzalanacaq. Sözləşmənin detalları bəlli deyil.
"Neftçi" klubundan da "Report"a məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində Fransanın "Havr" klubundan keçib. O, "ağ-qaralar"la 2 illik müqavilə imzalayıb. Futbolçu Bakı klubunun heyətində 12 oyun keçirib.
Son xəbərlər
13:11
Rusiya Azərbaycanın antiinhisar pozuntuları üzrə təklifini dəstəkləyib
Biznes
13:07
Azərbaycanda icmal büdcəyə aid fondların 9 aylıq gəlir və xərcləri açıqlanıb
Maliyyə
13:04
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
Maliyyə
13:03
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Fərdi
13:01
Gürcüstan Azərbaycanla fitosanitar nəzarət haqqında saziş bağlamağı planlaşdırır
ASK
12:59
Anar Bağırov: "Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacağımıza ümid edirik"
Fərdi
12:59
Kamran Əliyev Səudiyyə Ərəbistanının antikorrupsiya qurumunun rəhbərini təltif edib
Xarici siyasət
12:54
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Biznes
12:52
Taleh Kazımov: "Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Maliyyə