"Neftçi" Eddi İsrafilovun transferini açıqlayıb
Futbol
- 05 yanvar, 2022
- 10:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.
"Report" xəbər verir ki, son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.
30 yaşlı oyunçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək. O, artıq komanda ilə ilk məşqinə də qoşulub. İsrafilovla 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Eddi İsrafilov iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.
"Neftçi" Eddi İsrafilovun transferini açıqlayıb
Son xəbərlər
08:26
Kanada parlamentinə ABŞ səfirinin geri çağırılması tələbi ilə petisiya təqdim edilib
Digər ölkələr
08:16
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:51
Tramp və Rütte ABŞ-nin Avropadakı gələcək hərbi mövcudluğunu müzakirə ediblər
Digər ölkələr
07:18
Axtarışda olan şəxs Novxanıda saxlanılıb
Hadisə
07:07
Foto
Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
Daxili siyasət
06:49
Azad edilmiş ərazilərə köç edən keçmiş məcburi köçkünlər təsviri imkansız hisslər keçirirlər
Daxili siyasət
06:49
Kuba sahillərində baş verən gəmi qəzasında bir nəfər ölüb, üç nəfər itkin düşüb - Yenilənib
Digər ölkələr
05:51
ABŞ Qrenlandiyada hərbi infrastrukturun inkişafına 500 milyon dollaradək vəsait yönəldə bilər
Digər ölkələr
05:08
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə işlərin davam etdirildiyini deyib
Digər ölkələr