"Neftçi"də daha bir yoluxma: Bu gün növbəti test olacaq
Futbol
- 03 dekabr, 2020
- 08:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi" klubunun qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub.
"Report" klub TV-sinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin test nəticəsi müsbət çıxıb. Ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.
Kollektiv bu gün növbəti dəfə koronavirus testindən keçəcək.
Daha əvvəl "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirəcək.
Son xəbərlər
15:16
Çevik Reaksiya Qüvvələri Sudanın şərqində enerji obyektlərinə dronlarla hücum edib
Digər ölkələr
15:04
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Region
14:57
Cek Qriliş intizamsız davranışına görə "Everton"dan kənarlaşdırılıb
Futbol
14:34
Almaniya DİN ölkədəki iğtişaşlara görə solçu radikalları və ekstremistləri təqsirləndirib
Digər ölkələr
14:23
Zelenski: Ukrayna Krım da daxil olmaqla, öz torpaqlarından imtina etməyəcək
Digər ölkələr
14:08
"CNN Türk": Zelenski Putinlə Türkiyədə görüşə hazırdır
Digər ölkələr
14:07
Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur
Media
14:03
İradə Hüseynova: Gənclərin milli ruhda tərbiyə olunması hər birimizin qarşısında duran mühüm vəzifədir
Daxili siyasət
13:55
Hindistanda MSK rəhbərinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir
Digər ölkələr