"Neftçi" bu gün İsrail komandası ilə qarşılaşacaq

"Neftçi" bu gün İsrail komandası ilə qarşılaşacaq “Neftçi” komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Futbol
8 Avqust , 2019 07:06
Neftçi bu gün İsrail komandası ilə qarşılaşacaq

“Neftçi” komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, paytaxt təmsilçisi III təsnifat mərhələsinin ilk matçı çərçivəsində İsarilin “Bney Yehuda” klubunu qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da start götürəcək.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulan “Neftçi” əvvəlcə Moldovanın “Sperantsa” komandasını məğlub edib. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv səfərdə rəqibini Emin Mahmudov, Stiven Monroz və Rəhman Hacıyevin qolları ilə 3 cavabsız qolla üstələyib. Bakıda isə darmadağın qeydə alınıb – 6:0. Bakılıların heyətində Vangelis Platellas dubl edib. Emin Mahmudov, Dario Frederiko, Jozef Monroz və İsmayıl Zülfüqarlı isə hərəyə bir dəfə fərqləniblər.

“Neftçi” II təsnifat mərhələsində qarşılaşdığı Rusiya “Arsenal”ını da hər iki görüşdə məğlub edib. “Ağ-qaralar” Tulada Dario Frederikonun yeganə qolu ilə qalib gəliblər – 1:0. Frederiko Bakıda baş tutan cavaq matçından da fərqlənib. Həmçinin 3:0 hesablı qalibiyyətdə Rauf Əliyevlə Mamadu Mboc da adlarını tabloya yazdırıblar.

Cari mövsümdə mübarizəyə II raundan qatılan “Bney Yehuda” ikinci dəfə Avropa Liqasında Azərbaycan təmsilçisinə rəqib olub. Komanda 2009/2010 mövsümündə I təsnifat mərhələsində hər iki görüşdə “Simurq”u məğlub edib.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun


21:00. “Neftçi” – “Bney Yehuda”

Baş hakim: Kərim Abed

Yan xətt hakimləri: Hiçam Zakrani və Mikael Berçebru

Dördüncü hakim: Floran Batta (hakimlər briqadası Fransadandır)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Hakim-inspektor: Kyell Alset (Norveç)

Bakı, “Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi