Konfrans Liqası: "Neftçi" növbəti mərhələyə yüksəlib
- 28 iyul, 2022
- 18:55
"Neftçi" UEFA Konfrans Liqasında növbəti mərhələyə yüksəlib.
"Report"un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" klubu ilə qarşılaşıb.
Səfərdə 0:2 hesabı ilə uduzan "ağ-qaralar" rəqibinə 3 cavabsız qalib gəlib. Qolları 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqədə Eddi İsrafilov və 62-ci dəqiqədə Kenni Sayef vurub.
83-cü dəqiqədə qonaqların heyətində Morqan Braun ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, "Neftçi" Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib. Azərbaycan təmsilçisi növbəti raundda "Rapid" (Vyana, Avstriya) - "Lexiya" (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
22:27
Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, "Neftçi" növbəti dəfə qonaqları mərkəzə dəvət edib.
62-ci dəqiqədə Kenni Sayef fərqlənib. "Ağ-qaralar"ın əvvəlki qollarını 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqə isə Eddi İsrafilov öz aktivinə yazdırıb.
Qeyd edək ki, "Neftçi" Kiprdəki görüşdə rəqibinə 0:2 hesabı uduzub.