"Neftçi" Antalyada təlim-məşq toplanışına başlayıb

"Neftçi" Antalyada təlim-məşq toplanışına başlayıb Yeni transferlərdən Namiq Ələsgərov və Georgi Navalovski hazırda komanda ilə birgədir
Futbol
4 Yanvar , 2017 15:44
Neftçi Antalyada təlim-məşq toplanışına başlayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Bu gün "Neftçi" klubu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb. Klubun baş meneceri İslam Abbasovun "Report"a verdiyi məlumata görə, komanda üzvləri Belek qəsəbəsindəki "Bellis" otelində məskunlaşıb. 

O, yeni transferlərdən Namiq Ələsgərovla Georgi Navalovskinin komanda ilə birgə olduğunu, İqnasio Herrera və Zdenek Folpextin isə hələ kollektivə qoşulmadığını deyib. İ.Abbasov Ukrayna "Stal"ında çıxış edən Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin isə "Neftçi"yə transferinin dəqiqləşmədiyini də əlavə edib. İlk məşq isə bu gün Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində "Neftçi" ilk yoxlama matçını yanvarın 8-də Türkiyə "Sivasspor"una qarşı keçirəcək. Yanvarın 15-də rəqib Albaniyanın "Kukesi", ertəsi gün Rusiyanın "Tosno", yanvarın 18-də isə Rusiyanın "Terek" komandası olacaq. 

Son xəbərlər

Orphus sistemi