Namik Ələskərovun komandası meydanda 9 nəfərlə qalmış rəqibinə uduzub

Futbol
  • 15 fevral, 2022
  • 19:07
Namik Ələskərovun komandası meydanda 9 nəfərlə qalmış rəqibinə uduzub

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u I liqada növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, "timsahlar" XXV turda "Tuzlaspor"u qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. yeganə qolu 87-ci dəqiqədə Ebereçi Eze vurub.

Matça start heyətində başlayan Ələskərov 80-ci dəqiqədə Mehmet Erdem Uğurlu ilə əvəzlənib. "Tuzlaspor"un heyətində 26-cı dəqiqədə Rayko Rotman və 67-ci dəqiqədə Samet Asatekin qırmızı vərəqə alaraq meydandan qovulublar.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 30-a çatdıran "Tuzlaspor" 9-cu pilləyə yüksəlib. 24 xalı olan "Bursaspor" isə 16-cı sırada qərarlaşıb.

44 filmi