"Burada yaxşı maaş alıram və bu, məni qane edir".
"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Sport24.ru" saytına müsahibəsində "Sabah"dakı məvacibi barədə danışarkən deyib.
Rusiyalı mütəxəssis bildirib ki, Rusiya "Krasnodar"ından illik 2 milyon avro məvacib alan həmkarı Vladimir İviçdən daha az qazanır.
Musayevin sözlərinə görə, bir ailənin normal yaşaması üçün aylıq ən azı 500 000 rubl (təqribən 6 330 dollar - E.S) lazımdır.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından "Sabah"a başçılıq edir.