Murad Musayev: “Rahatlaşa bilmərik”

Murad Musayev: “Rahatlaşa bilmərik” “Qəbələ” ilə matçda 3:0, bu gün isə 4:0 hesabı qeydə alınsa da, rahatlaşa bilmərik”.
Futbol
6 Fevral , 2023 20:10
Murad Musayev: “Rahatlaşa bilmərik”
Murad Musayev

“Qəbələ” ilə matçda 3:0, bu gün isə 4:0 hesabı qeydə alınsa da, rahatlaşa bilmərik”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Səbail”ə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur oyunundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis mövsümün ikinci yarısına çox yaxşı başladıqlarını söyləyib. O, ispaniyalı müdafiəçiləri Con İrasabalın meydandan qovulmasına da münasibət bildirib: “İrasabalın epizodunda qırmızı vərəqə vermək də olardı, verməmək də. Yəni yarı-yarıya idi. Matçın sonuna yaxın qırmızı vərəqə almağımız bizi təəssüfləndirdi. “Qarabağ”la görüşə hələ beş gün vaxt qalıb. Zədəlilərimizin də durumuna baxacağıq”.

Musayev qış transfer dönəmində başqa oyunçu almayacaqlarını vurğulayıb: “Böyük ehtimalla bundan sonra transfer olmayacaq. Müqavilə bağlamaq istədiyimiz futbolçular var idi. Ancaq onlarla danışıq müsbət nəticələnmədi”.

Son xəbərlər

Orphus sistemi