Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır" "Bunlara görə narazı qaldım"
Futbol
2 Oktyabr , 2022 17:58
Murad Musayev: Belə oyunlara başqa cür köklənmək lazımdır

"Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis çox çətin matç olduğunu bildirib: "Rəqib meydanın hər qarışında mübarizə apardı. Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir".

Musayev ikili mübarizələrdə uduzduqlarını xatırladıb: "Əks-hücumlara sürətli keçə bilmirdik. Bunlara görə narazı qaldım".

Rusiyalı baş məşqçi ilk dəfə Şamaxıya səfər etdiyini söyləyib: "Qələbə qazandığımız üçün emosialar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Tribunalarda da çoxlu azarkeşlər var idi. Bu, yaxşı haldır".

Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə danışıb: "O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq".

"Şamaxı"nın məşqçisi Cavid Hüseynov rəqibin çempionluq üçün mübarizə apardığını xatırladıb: "Sabah" çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Buna baxmayaraq əlimizdən gələni etməyə çalışdıq. Məğlub olmaq istəmirdik. Ancaq təcrübəsizliyə görə son dəqiqələrdə qol buraxdıq. Oyunçulara göstərdikləri əmzkarlığa görə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi