Monteneqrolu futbolçu: "Azərbaycanla matçda qələbə üçün vuruşmalıyıq"

Monteneqrolu futbolçu: "Azərbaycanla matçda qələbə üçün vuruşmalıyıq" "Hamımız milli komanda forması ilə matça çıxmaq üçün səbrsizlənirik. Artıq 10 aydır ki, bir araya gəlmirdik. Çox şey vəd edə bilmərik, qrupda şanslar bərabərdir. İnanıram ki, Millətlər Liqasına qələbə ilə başlayacağıq".
Futbol
3 Sentyabr , 2020 11:37
Monteneqrolu futbolçu: Azərbaycanla matçda qələbə üçün vuruşmalıyıq
Aleksandr Bolyeviç

"Hamımız milli komanda forması ilə matça çıxmaq üçün səbrsizlənirik. Artıq 10 aydır ki, bir araya gəlmirdik. Çox şey vəd edə bilmərik, qrupda şanslar bərabərdir. İnanıram ki, qələbə ilə başlayacağıq". 

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu Aleksandr Bolyeviç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan öncə "Sportklub" nəşrinə açıqlamasında deyib. 

25 yaşlı yarımmüdafiəçi qrupdakı şanlarından danışıb. O, komandanın əlindən gələni etməyə borclu olduğunu söyləyib: "Milli bizə çox şey verdi. Yığmadakı oyunları bəzi futbolçular transferlərinə köməklik göstərib. Qrupda Kipr, Lüksemburq və Azərbaycanla üz-üzə gələcəyik. Bu matçlarda yalnız qələbə üçün vuruşmalıyıq. Kiprdəki ilk oyunda da qələbə çox vacibdir". 

Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi