"Monako"nun futbolçusu: "Monteneqro Azərbaycan yığmasından üstündür"

"Monako"nun futbolçusu: "Monteneqro Azərbaycan yığmasından üstündür" "Rəqiblərimiz yaxşı komandadır. Həmişə əvvəlcədən qələbəmizi bayram edirik, amma heç kimə az təhlükə törədə bilmərik".
Futbol
3 Sentyabr , 2020 15:03
Monakonun futbolçusu: Monteneqro Azərbaycan yığmasından üstündür
Stefan Yovetiç

"Rəqiblərimiz yaxşı komandadır. Həmişə əvvəlcədən qələbəmizi bayram edirik, amma heç kimə az təhlükə törədən rəqib kimi yanaşa bilmərik".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu Stefan Yovetiç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan öncə "Sportklub" nəşrinə açıqlamasında deyib. 

"Monako" klubunda çıxış edən 31 yaşlı hücumçu qrupdakı yığmalardan səviyyəcə üstün olduqlarını bildirib.

Yovetiç yaxşı nəticələrə inanmalarının vacibliyini söyləyib: "Düşünürəm ki, öz yerimizdə möhkəm durmalı, ardıcıl oyunlarımızı keçirməli və yaxşı nəticələrə nail olacağımıza inanmalıyıq. Hər zaman olduğu kimi, meydana qələbə üçün çıxacaq və dövlətimiz üçün hər şeyi edəcəyik. İnanırıq ki, Monteneqro üçün layiqli nəticəyə imza atacağıq. Əlbəttə, yığmada oynamaq mənim daha çox xoşuma gəlir. Burada uşaqları görüb əylənirik. UEFA Millətlər Liqasını təsis etməklə əla gediş edib. Matçlar yoldaşlıq görüşlərinə nəzərən daha cəlbedicidir və nəticə anlamı verir. Bütün komanda kimi, mən də optimistəm. Hesab edirəm ki, daha yüksək reytinq uğrunda mübarizə apara bilərik". 

Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla üz-üzə gələcək. Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi