UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu əlamətdar statistika ilə yadda qalıb.
"Report" xəbər verir ki, İspaniyanın "Real Madrid" klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Şotlandiyanın "Seltik" komandasına vurduğu qolla tarixə düşüb.
36 yaş 362 günlüyündə fərqlənən futbolçu 1965-ci ildən sonra Çempionlar Liqasında paytaxt klubunun heyətində qol vuran ən yaşlı oyunçu olub. Onadək 1965-ci ildə macarıstanlı hücumçu Ferents Puşkaş Niderland "Feyenoord"una 38 yaş və 173 günlüyündə qol vurub.
İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holan da tarixə düşüb. 22 yaşlı futbolçu Çempionlar Liqası tarixində 3 klubda debüt matçında fərqlənən 4-cü oyunçu olub. O, Avstriyanın "Zaltsburq" və Almaniyanın "Borusiya" (Dortmund) komandalarındakı debüt matçlarında qol vurduqdan sonra "şəhərlilər"in heyətində ilk turdaca İspaniya "Sevilya"sı ilə görüşdə "dubl" edib.
Bunadək oxşar nəticəyə ispaniyalı Fernando Moryentes, argentinalı Xavyer Saviola və isveçli Zlatan İbrahimoviç nail olub.