Mahir Emreli hərəkətdə olanda situasiyaları həll etmək üçün nə qədər dinamik ola biləcəyini görürsünüz.
"Report" xəbər verir ki, bunu Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu haqqında danışarkən deyib.
Mütəxəssis 27 yaşlı forvardı matçlar ərzində daha çox işə cəlb etmək istədiyini bildirib:
"Mahir Emreli və Stefanos Tsimasın daha yaxşı olacağını düşünürəm. Onlar hələlik bir-birilərinə tam uyğunlaşmayıblar".
Qeyd edək ki, Mahir Emreli II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Forvard IX turda "Qroyter Fyurt"a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.