Minifutbol üzrə "Global Media Group Kubok"u yarışına yekun vurulub

Minifutbol üzrə "Global Media Group Kubok"u yarışına yekun vurulub “Global Media Group”un tərkibinə daxil olan şirkətlər arasında minifutbol yarışına yekun vurulub.
Futbol
15 İyun , 2024 20:06
Minifutbol üzrə Global Media Group Kuboku yarışına yekun vurulub

“Global Media Group”un tərkibinə daxil olan şirkətlər arasında minifutbol yarışına yekun vurulub.

“Report” xəbər verir ki, turnirin son oyununda çempionluğa namizəd iki komanda “Baku TV” və “Global Management” üz-üzə gəliblər. Gərgin keçən oyunda “Baku TV” 3:2 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Yarışdan sonra təşkil olunan mukafatlandırma mərasimində "Baku TV" və "Global Management" komandaları diplomlar və pul mükafatı, "Baku.ws" komandası isə diplomlarla mükafatlandırılıb.

Sonra yarışın ən yaxşı futbolçusu, qapıçısı, müdafiəçisi və bombardiri xatirə hədiyyələri, sertifikatla təltif olunub.

Həmçinin, yarışda fərqlənən 11 nəfərə xüsusi sertifikatlarlar təqdim edilib.

Qeyd edək ki, yarışda beş komanda mübarizə aparıb: “Report” İnformasiya Agentliyi, “Oxu.az” və “Baku.ws” xəbər saytları, “Baku TV” televiziyası və “Global Management” şirkəti. Mayın 21-də start verilən yarış ikidövrəli sistem üzrə keçirilib. Yarışda fərqlənənlərə Kubok və mükafatlar təqdim olunub.

Oyunları AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edib.

Turnirin məqsədi “Global Media Group” şirkətinin həvəskar futbol oynayan əməkdaşları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsidir.

Son xəbərlər

Orphus sistemi