Millimizin rəqibi baş məşqçisini istefaya göndərdi

Millimizin rəqibi baş məşqçisini istefaya göndərdi Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.
Futbol
14 Dekabr , 2020 21:22
Millimizin rəqibi baş məşqçisini istefaya göndərdi
Lyubişa Tumbakoviç

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

"Report" Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onunla yolların AVRO-2020-nin seçmə mərhələsindəki uğursuzluğa görə ayrıldığı bildirilib.

Qeyd edək ki, A qrupunda Azərbaycan və Serbiya milliləri ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq seçmələri də yer alıb.

Son xəbərlər

Orphus sistemi