Millimizin zədəli futbolçusunun durumuna aydınlıq gəldi

Millimizin zədəli futbolçusunun durumuna aydınlıq gəldi Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadə zədələnib
Futbol
182
9 Mart , 2021 21:06
Millimizin zədəli futbolçusunun durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının XIX turunun "Sumqayıt"la matçında zədələnən "Sabah"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Klubdan "Report"a verilən məlumata görə, qolundan xəsarət alan futbolçu tibbi müayinədən keçib.

Onun vəziyyətinin yaxşı olduğu və məşqlərə qatıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, Bəhlul Mustafazadə görüşün sonlarında komanda yoldaşı Saşa Stamenkoviçlə toqquşub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

13:27

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Bəhlul Mustafazadə zədələnib.

"Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi XIX turda "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə qolundan zədə alıb. Mustafazadə oyununun sonlarına yaxın komanda yoldaşı Saşa Stamenkoviçlə toqquşub.

Onun dəqiq durumuna bugünkü müayinədən sonra aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi