Millimizin koronavirusa yoluxan futbolçusu: "İki gün belim ağrıdı"
Futbol
- 30 noyabr, 2020
- 09:51
"Özümü çox yaxşı hiss edirəm. Gözləyirəm ki, 10 gün keçsin, gedib yenidən test verim və məşqlərə başlayım".
Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin və Azərbaycan millisinin koronavirusa yoluxmuş futbolçusu Şəhriyar Əliyev deyib.
28 yaşlı müdafiəçi səhhəti ilə bağlı problemin olmadığını söyləyib: "X turda "Zirə"yə 1:3 hesabı ilə uduzduğumuz matçdan sonra iki gün belim ağrıdı. Həftəlik məşqimi etdim. Beşinci gün test müsbət oldu, şənbə günü növbəti testdə də eyni hal baş verdi. Dedilər ki, evdə gözləməlisən. Dərman da qəbul etmirəm. Bir şey də yoxdur ki, dərman atım. Sadəcə, oturmuşam, növbəti test verəcəyim vaxtı gözləyirəm".
Qeyd edək ki, Şəhriyar Əliyev noyabrın 29-da X turun "Sabah"la 1:1 hesablı etdikləri matçı buraxıb.
Son xəbərlər
01:31
KİV: Niger Beninin yüksək vəzifəli diplomatını ölkədən çıxarıb
Digər ölkələr00:59
Macarıstan Aİ-nin Venesuela ilə bağlı bəyanatını dəstəkləməyib
Digər ölkələr00:51
Fransa İsveçdə yanğın zamanı doqquz vətəndaşının öldüyünü təsdiqləyib
Digər ölkələr00:26
Latviya Baltik dənizində fiber optik kabelin zədələndiyini bildirib
Digər ölkələr23:58
"Mançester Siti" "Çelsi" ilə heç-heçə edib
Futbol23:36
Qrenlandiyanın Baş naziri: ABŞ rənglərində ada xəritəsi hörmətsizliyi göstərir
Digər ölkələr23:11
Tramp: Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır
Digər ölkələr22:58
İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib
Futbol22:41