Millətlər Liqası: Niderland – Almaniya oyununda qalib müəyyənləşməyib

Millətlər Liqası: Niderland – Almaniya oyununda qalib müəyyənləşməyib UEFA Millətlər Liqasının II turunda 9 oyun baş tutub.
Futbol
11 Sentyabr , 2024 00:58
Millətlər Liqası: Niderland – Almaniya oyununda qalib müəyyənləşməyib

UEFA Millətlər Liqasının II turunda 9 oyun baş tutub.

"Report" xəbər verir ki, A, B, C, D liqalarında yer alan komandalar üz-üzə gəliblər.

Maraqlı görüşlərdən biri A Liqasının 3-cü qrupunda Niderlandla Almaniya arasında baş tutub. Amsterdamdakı "Yohan Kroyff Arena"da keçirilən görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənib.

AVRO-2024-də iştirak etmiş Gürcüstan yığması səfərdə Albaniyanın qonağı olub.

UEFA Millətlər Liqası

II tur

10 sentyabr

A Liqası

Macarıstan - Bosniya və Herseqovina 0:0

Niderland – Almaniya 2:2

B Liqası

Albaniya – Gürcüstan 0:1

Çexiya – Ukrayna 3:2

İngiltərə - Finlandiya 2:0

İrlandiya – Yunanıstan 0:2

C Liqası

Latviya - Farer adaları 1:0

Şimali Makedoniya - Ermənistan 2:0

D Liqası

22:45. Andorra - Malta 0:1

Qeyd edək ki, C Liqasının I qrupunda yer alan Azərbaycan yığması ilk turda İsveçə 1:3, II turda isə Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi