UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulur

UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulur Bu gün UEFA Millətlər Liqasında daha 9 oyun keçiriləcək.
Futbol
8 Sentyabr , 2020 07:45
UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulur

Bu gün UEFA Millətlər Liqasında daha 9 oyun keçiriləcək.

"Report"un məlumatına görə, A, C və D liqasında baş tutacaq matçlardan sonra II tura yekun vurulacaq.

A Liqasının 2-ci turunda Belçika evdə İslandiyanı, Danimarka isə İngiltərəni qəbul edəcək.

3-cü qrupda Xorvatiya səfərdə Fransanın, Portuqaliya İsveçin qonağı olacaq.

C liqasında Kipr - Azərbaycan görüşü ilə yanaşı, daha 3 matç oynanılacaq.

D liqasının yeganə görüşündə isə San Marino Lixtenşteynlə münasibətlərinə aydınlıq gətirəcək.

8 sentyabr

UEFA Millətlər Liqası, II tur

A liqası

2-ci qrup
22:45. Belçika – İslandiya
22:45. Danimarka – İngiltərə

Xal durumu: Belçika - 3, İngiltərə - 3, İslandiya - 0, Danimarka - 0

3-cü qrup
22:45. Fransa – Xorvatiya
22:45. İsveç – Portuqaliya

Xal durumu: Portuqaliya - 3, Fransa - 3, İsveç - 0, Xorvatiya - 0

C liqası

1-ci qrup
22:45. Kipr – Azərbaycan
22:45. Lüksemburq – Monteneqro

Xal durumu: Monteneqro - 3, Lüksemburq - 3, Azərbaycan - 0, Kipr - 0

2-ci qrup
18:00. Gürcüstan – Şimali Makedoniya
20:00. Ermənistan – Estoniya

Xal durumu: Şimali Makedoniya - 3, Gürcüstan - 3, Ermənistan - 0, Estoniya - 0

D liqası

2-ci qrup
22:45. San-Marino - Lixtenşteyn

Xal durumu: Cəbəllütariq - 3, Lixtenşteyn - 0, San Marino - 0

Son xəbərlər

Orphus sistemi