Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq
Futbol
9 Fevral , 2024 14:03
Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

Azərbaycan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

"Report"un məlumatına görə, yığma ilk matçını sentyabrın 5-də evdə İsveçə qarşı keçirəcək.

Komanda sentyabrın 8-də Slovakiyanın qonağı olacaq.

Milli oktyabrın 11-də səfərdə Estoniya, bundan üç gün sonra isə doğma azarkeşlər önündə Slovakiya kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək.

Komanda son iki qarşılaşmasını noyabrın 16-da evdə Estoniya, noyabrın 19-da səfərdə İsveçə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi