"Milan" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb

"Milan" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb Kristian Brokki Sinişa Mixayloviçi əvəzləyib
Futbol
12 Aprel , 2016 14:57
Milan klubu yeni baş məşqçisini rəsmən açıqlayıb

Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın "Milan" klubu yeni baş məşqçisinin adını açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandaya Kristian Brokki rəhbərlik edəcək.

Futbolçu karyerasına Milan klubunda başlayan K.Brokki baş məşqçi kimi də doğma klubunda debüt edib. 2013-cü ildə futbolçu karyerasını bitirən 40 yaşlı mütəxəssis bir il sonra "Milan"ın gənclər komandasına baş məşqçi təyin olunub və yeni təyinatadək işini davam etdirib.

Qeyd edək ki, 2015-ci ilin yayından komandaya Sinişa Mixayloviç rəhbərlik edirdi. 

Son xəbərlər

Orphus sistemi