"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb
Futbol
- 20 iyul, 2024
- 13:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Milan" klubu gənc hücumçusu Françesko Kamarda ilə müqavilə imzalayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 16 yaşlı futbolçunun müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Bu, gənc hücumçunun ilk peşəkar müqaviləsi olub.
Qeyd edək ki, F.Kamarda "Milan"da 2023-cü ilin noyabrında 15 yaş 8 ay və 16 günlüyündə olarkən "Fiorentina"ya qarşı oyunda debüt edib. Ötən mövsüm Milan təmsilçisinin U-19 komandasında 41 oyunda meydana çıxan futbolçu 14 qola imza atıb. O, İtaliyanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində AVRO-2024-ün qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.
Son xəbərlər
15:44
TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin Bakıda keçiriləcək iclasının tarixi məlum olub
Xarici siyasət
15:40
Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək
Sənaye
15:35
Abşeronda yük avtomobillərindən 10 min manatdan çox oğurluq edilib
Hadisə
15:34
Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib
Biznes
15:30
Tramp, Putin və Si Cinpin APEC sammiti çərçivəsində qısa söhbət ediblər
Digər ölkələr
15:27
Azərbaycan Rusiyadan buğda alışını sentyabrda 77 % artırıb
ASK
15:13
Almaniya XİN: Azərbaycan şirkətləri ilə birgə investisiyalar üçün potensiala malikik
Biznes
15:10
Azərbaycan cüdoçularının dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
Fərdi
15:05
"İdeal Kredit" BOKT 5 milyon manatlıq istiqraz buraxır
Maliyyə