Messi Argentina yığmasına çağırılmayıb
- 20 yanvar, 2022
- 05:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının yanvar və fevral aylarında keçirəcəyi dünya çempionatının seçmə oyunları üçün sifariş ərizəsinə daxil edilməyib.
"Report"un məlumatına görə, baş məşqçi Lionel Skaloni 35 yaşlı hücumçuya koronavirus xəstəliyi keçirməsi ilə əlaqədar dəvət göndərilməyib. Messinin COVID-19 testinin müsbət çıxdığına dair xəbəri PSJ yanvarın 2-də açıqlayıb. Yanvarın 5-də isə onun sağaldığı açıqlanıb. Təcrübəli forvard kluba yanvarın 18-də qoşulub.
Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq.
#SelecciónMayor Lista de convocados por @lioscaloni para los encuentros ante #Chile y #Colombia . pic.twitter.com/E9LUYzTUv8
— Selección Argentina (@Argentina) January 19, 2022