Messi ABŞ klubunu məğlubiyyətdən xilas edib

Messi ABŞ klubunu məğlubiyyətdən xilas edib Komanda MLS-dəki ikinci matçında “Los-Anceles Qelaksi” ilə üz-üzə gəlib
Futbol
26 Fevral , 2024 09:05
Messi ABŞ klubunu məğlubiyyətdən xilas edib

Argentina millisinin futbolçusu Lionel Messinin qolu ABŞ-nin "İnter Mayami" klubunu məğlubiyyətdən xilas edib.

"Report" xəbər verir ki, komanda MLS-dəki ikinci matçında “Los-Anceles Qelaksi” ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Messi 90+2-ci dəqiqədə bərabərlik qoluna imza atıb.

Xallarının sayını 4-ə çatdıran "İnter Mayami" hələlik Şərq Konfransında liderdir. Bu görüş “Los-Anceles Qelaksi”nin çempionatdakı ilk oyunu olub.

Son xəbərlər

Orphus sistemi