Messi ABŞ-də həyata uyğunlaşmağın çətinliklərindən danışıb

Messi ABŞ-də həyata uyğunlaşmağın çətinliklərindən danışıb "İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-da həyata uyğunlaşmağın çətinlikləri ilə bağlı fikirlərini bölüşüb.
Futbol
6 Dekabr , 2023 05:28
Messi ABŞ-də həyata uyğunlaşmağın çətinliklərindən danışıb

"İnter Mayami"nin və Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-də həyata uyğunlaşmağın çətinlikləri ilə bağlı fikirlərini bölüşüb.

“Report” xəbər verir ki, onun sözlərini “Time” nəşri sitat gətirir.

“Bəlkə də uyğunlaşmağın ən çətin hissəsi tıxaclar idi. Baxmayaraq ki, bu, Parisdə də çətin idi. Hələ yayda da isti və rütubət. Baxmayaraq ki, çimərlikdə və ya tətildə olmaq çox vaxt xoş olur. Amma idman, məşq və ya oyunlar üçün, xüsusən yayda, bəlkə də bu, bir az çoxdur və bunun da təsiri var”, - hücumçu deyib.

Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Argentinalı avqustun 20-də Amerikada ilk titulunu - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. Hazırda MLS-də mövsümöncəsi fasilədir.

Messi 2022-ci ilin dekabrında Argentina millisinin tərkibində dünya çempionu olub. Hücumçu mundialda 7 oyunda 7 qol vurub ki, onlardan 4-ü penaltidən reallaşıb. Messi Fransa ilə final görüşündə dubla imza atıb.

Son xəbərlər

Orphus sistemi