Məşhur argentinalı futbolçu xəstəxanaya yerləşdirilib
Futbol
- 14 noyabr, 2017
- 21:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə Argentina milli yığmasının hücumçusu Serxio Aquero Krasnodarda Argentina ilə Nigeriya komandaları arasında keçirilən yoldaşlıq oyunu zamanı huşunu itirib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə "Krasnodar" şəhər stadionunun soyunub-geyinmə otağında baş verib. Birinci hissədə qol vuran hücumçu özünü pis hiss etdiyindən ikinci hissədə başqası ilə əvəzlənib.
Futbolçu Krasnodarın xəstəxanalarından birinə çatdırılıb və ona lazımı tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşıb.
Qeyd edək ki, yoldaşlıq oyunu Nigeriyanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
11:04
Tea Axvlediani: Gürcüstan Azərbaycanla humanitar sahədə də əməkdaşlıqda maraqlıdır
Xarici siyasət11:02
Nihal Saad: Dini icmalar iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilərlər
Din11:02
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
Din11:01
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur11:01
Milli Məclis "Aqrar sahə haqqında" yeni hazırlanmış qanunun layihəsini müzakirə edir
Milli Məclis10:55
Ceyhun Bayramov MDB XİN Şurasının iclasında iştirak üçün Türkmənistana yola düşüb
Xarici siyasət10:54
Gürcüstanda 700 min dollara uran satmaq istəyən şəxs saxlanılıb
Region10:52
Video
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib
Daxili siyasət10:52