Məhəmməd Salah "Liverpul"u tərk etməyəcək

Məhəmməd Salah "Liverpul"u tərk etməyəcək Misir millisinin futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubundan ayrılmayacaq.
Futbol
25 May , 2022 19:39
Məhəmməd Salah Liverpulu tərk etməyəcək

Misir millisinin futbolçusu Məhəmməd Salah İngiltərənin "Liverpul" klubundan ayrılmayacaq.

"Report"un məlumatına görə, 30 yaşlı hücumçu bu barədə İspaniya "Real Madrid"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının final oyunundan öncə mətbuat konfransında açıqlama verib.

Təcrübəli forvard bildirib ki, növbəti mövsümdə də Mersisayd təmsilçisinin formasını geyinəcəyini bildirib.

Qeyd edək ki, Məhəmməd Salahın "Liverpul"la 2023-cü ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi