Mədət Quliyev Azərbaycan yığmasına yeni baş məşqçi təyin edib
Futbol
- 02 dekabr, 2021
- 09:34
Şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.
"Report"un məlumatına görə, təyinat Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin əmri ilə gerçəkləşib. Bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.
Daha əvvəl “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.
Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən yeni baş məşqçi qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.
Son xəbərlər
15:40
İlham Əliyev Davosda "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
Digər15:38
Dennis Şmitt: "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilərik"
Futbol15:34
Səfir: Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir
Xarici siyasət15:28
Foto
Moskvada 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Daxili siyasət15:25
Bolqarıstan Prezidenti Konstitusiya Məhkəməsinə istefa ərizəsini təqdim edib
Digər ölkələr15:23
Nazir: Aİ Qrenlandiya ilə bağlı ABŞ rüsumlarına cavab tədbirlərindən çəkinməlidir
Digər ölkələr15:13
Azərbaycanda ötən il kolbasa istehsalı 4 %-dən çox artıb
Sənaye15:10
Moldovalı deputat: 20 Yanvar hadisələri müstəqillik, azadlıq uğrunda mübarizənin simvoluna çevrilib
Region15:03