Mbappenin “Real”dakı maaşı bəlli olub

Mbappenin “Real”dakı maaşı bəlli olub “PSJ” komandasının futbolçusu Kilian Mbappe “Real Madrid”də mövsümdə 60 milyon avro qazanacaq.
Futbol
6 Fevral , 2024 03:59
Mbappenin “Real”dakı maaşı bəlli olub

PSJ komandasının futbolçusu Kilian Mbappe “Real” klubunda bir mövsümə 60 milyon avro qazanacaq.

“Report” xəbər verir ki, bu barədə “El Debate” məlumat yayıb.

Mbappe Madrid təmsilçisi ilə müqavilə imzaladığı üçün 100 milyon avro mükafat alacaq.

Futbolçu 2024-cü ilin yayında İspaniya klubuna keçəcək. Müqavilənin müddəti 6 illlikdir.

Artıq PSJ komandanı tərk edəcək əsas forvardına əvəzləyici də tapıb. Parislilər “Milan”ın hücumçusu Rafael Leaonu almaq istəyirlər.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqavilə müddəti 2024-cü il iyunun sonuna kimi qüvvədədir.

“Transfermarkt” portalında futbolçunun təxmini qiyməti 180 milyon avro göstərilib.

Son xəbərlər

Orphus sistemi