"Marsel": "Qarabağ"la oyun hər kəsin ağlındadır"

"Marsel": "Qarabağ"la oyun hər kəsin ağlındadır" Fransanın "Marsel" klubu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Bakıya səfərdən əvvəl son məşqinə çıxıb
Futbol
22 Fevral , 2022 11:06
Marsel: Qarabağla oyun hər kəsin ağlındadır

Fransanın "Marsel" klubu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Bakıya səfərdən əvvəl son məşqinə çıxıb.

"Report"un məlumatına görə, Liqa 1 təmsilçisi rəsmi tviter hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən fotosunu yayımlayıb.

Postda "Qarabağ" - "Marsel" görüşü hər kəsin ağlındadır" yazılıb.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. "Marsel" Bakı səfərinə bu gün çıxacaq.

Son xəbərlər

Orphus sistemi