"Marsel"in sabiq futbolçusu: "Konfrans Liqasını qazanmasaq, faciə olacaq"

"Marsel"in sabiq futbolçusu: "Konfrans Liqasını qazanmasaq, faciə olacaq" Mütəxəssis ölkə kubokunda da titulu hədəflədiklərini, lakin uğursuzluqla üzləşdiklərini xatırladıb
Futbol
16 Fevral , 2022 09:00
Marselin sabiq futbolçusu: Konfrans Liqasını qazanmasaq, faciə olacaq

"Hazırda Konfrans Liqasına köklənmişik, çünki bu turniri qazanmaq istəyirik".

"Report" "Foot-sur7" nəşrinə istinadən xəbər verir ki, bunu Fransa "Marsel"inin sabiq futbolçusu Jan-Şarl De Bono "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl deyib.

62 yaşlı veteran oyunçu ölkə kubokunda da titulu hədəflədiklərini, lakin uğursuzluqla üzləşdiklərini xatırladıb: "Konfrans Liqasını qazana bilməsək, faciə olacaq. Məqsədimiz bu il nəsə qazanmaqdır. Liqa 1-də ikinci yeri tutub Çempionlar Liqasına vəsiqə qazanacağımıza ümid edirik. İllərdir ölkə kubokunu qazana bilmirik. Baş məşqçi Xorxe Sampaoli və rəhbərlik bu titulu qazanmaq istədiklərini söyləmişdilər. Çempionat da çox vacibdir, amma sən həmişə ikincisən. Bu bir kubok deyil".

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. "Marsel" Fransa Kubokunun 1/4 final mərhələsində səfərdə "Nitsa"ya 1:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi