"Yuventus"un hücumçusu mövsümün sonunadək sıradan çıxıb
Futbol
- 20 aprel, 2019
- 13:32
İtaliyanın "Yuventus" klubunun futbolçusu Mario Mancukiç mövsümün qalan hissəsini buraxmalı olacaq.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib.
52 yaşlı mütəxəssis bildirib ki, məşq vaxtı dizindən aldığı zədə xorvatiyalı forvardın bu mövsüm meydana dönüşünə imkan verməyəcək.
"Corriere Della Sera" isə 33 yaşlı hücumçunun Turin komandasındakı gələcəyinin sual altında olduğunu yazıb. Baxmayaraq ki, onunla iki həftə əvvəl 2021-ci ilin iyununadək yeni müqavilə bağlanılıb.
Qeyd edək ki, 2018-2019 mövsümündə Mario Mancukiç 32 oyuna 9 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, 2018-ci il dünya çempionatından sonra Xorvatiya yığmasındakı karyerasını başa vurub.
Son xəbərlər
22:10
Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib
Futbol22:04
Foto
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının IV mərhələsində yeddi medal qazanıblar
Fərdi21:53
İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib
Futbol21:28
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb
Digər ölkələr21:10
Foto
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb
Hadisə21:03
"Al Hadath": "Taliban" ABŞ ilə münasibətləri normallaşdırmaq istəyir
Digər ölkələr20:57
Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir
Media20:42
"Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb
Fərdi20:15