"Qarabağ"ın hücumçusu: "Linfild"lə cavab görüşündə daha ehtiyatlı olmalıyıq"

"Qarabağ"ın hücumçusu: "Linfild"lə cavab görüşündə daha ehtiyatlı olmalıyıq" Qarabağa gələndə tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə çalışıram. Əsas odur ki, baş məşqçi mənə güvənir və şans verir. Buna görə də məmnunam.
Futbol
124
26 Avqust , 2019 00:06
Qarabağın hücumçusu: Linfildlə cavab görüşündə daha ehtiyatlı olmalıyıq

"Qarabağ"a gələndə tam formada deyildim. Artıq yavaş-yavaş əvvəlki formamı bərpa etməyə çalışıram. Əsas odur ki, baş məşqçi mənə güvənir və şans verir. Buna görə də məmnunam".

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futboluçusu Maqaye Qeye Premyer Liqanın II turunda "Qəbələ"ni məğlub etdikləri matçdan sonra söyləyib.

İyirmi doqquz yaşlı hücumçu Şimali İrlandiyanın "Linfild" kollektivi ilə keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb:

"Qəbələ" ilə qarşılaşmada fərqlənən fransalı oyunçu səfər matçlarının həmişə çətin olduğunu vurğulayıb: "Çoxlu qol epizodları olmadı. Rəqib 3:2 hesabı ilə qələbə qazandı və 2 qolu da standart vəziyyətdən vurdu. 

Evdəki görüşdə daha da ehtiyatlı olmalıyıq. Səfərdə iki qol vurduğumuza görə, cavab matçında şanslarımız qalır. Komanda yoldaşlarıma güvənirəm. Kollektivdəki oyunçuların hamısı demək olar, eyni gücdədir. Qarşıdakı matça köklənirik".

Orphus sistemi