"Qarabağ" fransalı hücumçu transfer edib

"Qarabağ" fransalı hücumçu transfer edib “Qarabağ” yay fasiləsində dördüncü transferini reallaşdırıb.
Futbol
16 İyul , 2019 16:51
Qarabağ fransalı hücumçu transfer edib

“Qarabağ” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi Maqaye Qeyeni heyətinə qatıb.

29 yaşlı fransalı hücumçu ilə müqavilənin detalları bəlli deyil. Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarının formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.

Son xəbərlər

Orphus sistemi