İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunu icarəyə verə bilər.
"Report" "Mirror"a istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" 37 yaşlı hücumçunun 2022/2023 mövsümündə başqa komandada oynamasına razıdır.
Klub portuqaliyalı forvardın müqaviləsini uzatmaq və 2023/2024 mövsümündə ondan UEFA Çempionlar Liqasında istifafə etmək niyyətindədir.
Qeyd edək ki, Kriştianu Ronaldunun İspaniyanın "Atletiko" (Madrid) klubuna transferi gündəmdədir.